Cümə günü

Bəli bu gün cümə günüdür . Və cümə günün qiymətini bilənlər arasında “cümən mübarək ” ifadəsinə tez tez rast gəlirik . Çünki müqəddəs bir gündü . Diqqət etdizsə bayaq “cümə günün qiymətini bilənlər: ifadəsini işlətdim. Niyə ? Çünki hər kəs bilmir bu mübarək günün qiymətini. Təbii ki bəzi insanlar var ki nəyinki cüməyə heç Allaha , Qurana qiymət vermir. Normal olaraq özünədə təbii ki. Bunlara qiymət vermiyən cüməyə qiymət verəsidə deyil. Nəysə bunlarla işim yoxdu. Keçək möminlərə . Möminlər bəs hamısı dəyər verə bildi Cüməyə ? Təssüf ki xeyir ! Mömin Cümə günü cüçə namazına getmiyib evdə namaz qılmağı üstün tutdu. Birdən möminə soyuq olar . İsti sobanın yanından çıxmaq asan iş deyil ki . Cümə namazına getmədiki birdən çayçıya geçikər. Biri güclü alver edir məscidə getsə bazar öləcək. Hərdən nə bilim görüşü olanlar da olur haa. Amma Allah-Təala nə deyir

“Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir.” (Cümə surəsi 9 cu ayə)

Ey iman gətirənlər deyə müraciət olunur . Burada əslində bütün müsəlmanlara xitab olunur, namaz qılan qılmayan qalsın bir yana .O müsəlmanlar ki bu dediklərimi eşitsələr deyərlər ki “biz namaz qılmırıq haa.” Halbuki onlarada hələ çatmır ki bu ayələr hamısı müsəlmanlar üçündü yalnız namaz qılan üçün deyil.Amma nəysə daha onlarla işimiz yoxdu. Allah hidayət eləsin. Qaldıkı möminlərə mömində dərk edə bilmiyib hələ bu ayəni. Öz kefindədi mömin. Allah hər birimizi hidayət eləsin İnşəallah.

Cümə o qədər mübarək gündür ki , təsəvvür edin İmam Zamanın zühuru Cümə gününə müjdələnib . Uzun sözün qısası gəlin cümənin qədrini bilək . Əmanətdi bizə cümə günü .

Cüməniz mübarək !🌹

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: