Getdiyim hər yol bitəndə peşman olurdum çünki düzgün yol getmirdim . Ya o yolu gedirdim yada getmək istəyirdim ancaq peşman olurdum .O zamanlar peşmançılıq görmürdüm amma indi indi peşmançılığım var. Zəmanə dəyişib deyirik hər zaman ancaq biz dəyişdik bu gözəl zəmanəni .
Abırdan danışıb abırsızlıq edən qadınlarmı ya qeyrətdən danışıb qeyrətsiz kişilərmi korluyur zəmanəni ? Qadının geyimi abrsız tərzdə , amma özü abırsılıqdan danışır. Efirlərdə və ya başqa sosial yerlərdə abrsızları tənqid edən bəzi qadınlar mənə elə gəlir ki evdən çıxanda güzüyə baxmağı unudub. Özünü tənqidçi hesab edir ancaq ədalətsiz tənqidlər aparır . Başqa bir məsələ bundadır ki açıq saçıq geyimi ilə gündəmdə olan insan həcc ziyarətinə getmək istədiyin deyərək yenidən gündəmə düşür. Bunlar özünü gündəmdə saxlamağa çalışır ya həqiqətən imana gəlir ? Daha orasını Allah bilər. Ancaq Ramazan ayı çıxandan sonra yenə də necə deyərlər köhnə hamam köhnə tas . Sonrada ərəblərin kənizinə çevrilmiş qızları tənqidə başlıyır bu camaat. Evin kişisi – özünü ağıllı hesab edən bir kişi başlıyır mühakiməyə. Bəs neynəsin o qızlar ? Sənin kimi atalar nə vaxt qızından hicab geyməyi tələb etdi ? Nə vaxt danışdı öz qızına Həzrəti Zəhra ismətindən ? Nə vaxt danışdı Həzrəti Xədicənin abırından ? Yox sən müasir atasan axı ,sən demokratik ölkədə yaşayırsan axı ! Sənin qızında müasir olmalıdı . İstədiyi cür geyinməlidi . Sevmək adıyla 1 ay da 10 dənə oğlana “könül verməlidir ” . Axı siz “müasir” ailəsiz , axı siz geridə qalmış deyilsiz. Bəs analar neynədi ? Övladlarını düzgün yetişdirəcəyini düşünüb hər cür şərait yaratdı . Və beləliklə onun böyüydüyü qız ərəbə kəniz oldu , oğul isə kəniz təşkil eliyən. Niyə korlanır bu zəmanə ? Korlanar də zəmanə , özünü ən ağıllı bilib tez evlənən qızlara oğlanlara geridə qalmış adını verən övladlar yetişdirir bu nəsil . O tez evlənən öz namusu ilə halal yolla evlənmiyib sənin kimi evlənənə qədər qeyri rəsmi nikah görsə yaxşıdır ,ey qadın . Ya sənin kimi gündə bir qızı aldadıb yoldan çıxarıb şərəfsizlik etsə yaxşıdır , ey kişi .
Özümüz korlamırıqmı zəmanəni ? Bəli bizlər elədik özümüzə baxmaq yerinə başqalarına fikir bildirən olduq axı bizlər .
Kimisə düşünüb həyatını düzəldərkən , dağılan həyatımızı görmədik . Özümüzdən başlamalıyıq. Başlayaq özümüzü düzəldək səndə , məndə ,oda. Görək qalarmı şərəfsiz , namusuz ,abırsız insanlar. Həzrəti Yusif necə də gözəl deyib : ” Hər kişi öz gözünə sahib çıxsa dünyada əxlaqsız qadın olmaz ” . Sən ey kişi , gözlərini yum günaha onda günahda çıxar gedər. Sən günah görməsəydin günah edərdinmi ? Bəli etməzdin . Ona görə günahdan qaç görüm günah edərsənmi heç . Zəmanəmizi biz korluyuruq gəlin şikayətlənmiyək . Bu zamanın insanları bizik gəlin özümüzü düzəldək zəmanə onsuzda düz olacaq. Unutmayaq Allah bizə nə buyurdu. Pis vərdişlərdən uzaq duraq . Qeybət etməyək , qəlb qırmayaq , yalan danışmayaq . Düzdü Qanunlardan qorxub insan öldürmürük , amma gərək insanlardakı xoş hissləri də öldürməyək .
Son sözüm budur ki ağlımıza sahib çıxaq . Əgər ağıla sahib çıxsaq nəfsə də, dilimizə də , özümzə də və bütün etdiklərimiz və etmədiklərimizə də sahib çıxarıq İNŞƏALLAH .